Baş nazir pambıqçılıq üzrə iclas keçirib
Baş nazir Novruz Məmmədov iyunun 22-də "pambıqçılığın inkişafı ilə bağlı müəyyən məsələlər"ə həsr olunmuş iclas keçirib, deyə Nazirlər Kabinetinin mətbuat xidməti bildirir.
Müşavirədə cabmin.gov.az/page/post/393 pambığın məhsuldarlığının artırılması barədə fikir mübadiləsi aparılıb. Məmmədov müvafiq strukturlarının rəhbərlərinə müzakirə olunan mövzu ilə bağlı tapşırıqlarını verib. Amma hökumətin mətbuat xidməti yalnız bir şəkil paylayıb. O da Novruz Məmmədovun şəklidir. Görüş iştirakçıları haqqında məlumat verilmir.










