Vəkilin Emin Aslan ilə görüşünə icazə verilməyib
Ötən gün saxlanılan hüquqşünas Emin Aslanın DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində olduğunu vəkil Elçin Sadıqova təsdiqləyiblər. Bu barədə hüquq müdafiəçisi Anar Məmmədli bildirib. Ancaq vəkilin E.Aslan ilə görüşünə icazə verilməyib.
DİN E.Aslanın saxlanmasını şərh etmir. Xatırladaq ki, ABŞ-ın Sirakuza Universitetinin hüquq fakültəsinin magistri dərəcəsini alan E.Aslan ABŞ-dan qayıtdıqdan 4 gün sonra Bakının mərkəzində saxlanılıb.










