Saleh Rüstəmov “bandotdel”dən istintaq təcridxanasına köçürüldü
Gədəbəyin keçmiş icra başçısı, mayın 8-də həbs olunan və o vaxtdan Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”) saxlanılan Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli bu gün Bakı İstintaq Təcridxanasına köçürülüb.
Ailələrinə onların özləri Kürdəxanıdakı təcridxanadan zəng vuraraq məlumat veriblər.
“Bandotdel”də onların işgəncəyə məruz qaldığına dair şübhələr var. Onların həmin idarədə vəkillərlə görüşünə imkan verilməyib.










