Azər Qasımlı saxlanılıb?
"Respublikaçı Alternativ" partiyasının məclis üzvü Azər Qasımlı bu gün Yasamal Rayon Polis İdarəsinə çağırılıb. Bu barədə "REAL" partiyasının digər məclis üzvü Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, Qasımlı əvvəlcə Baş Prokurorluğa çağırılıb, orada onunla yarım saat söhbət ediblər. Bundan sonra Qasımlı çağırışla Yasamal Rayon Polis İdarəsinə gedib.
Qasımlının hüquq-mühafizə orqanlarına çağırılmasını dəqiq səbəbləri məlum deyil.
Cəfərli bunun Bakının mərkəzində AXC-nin 100 illiyinə həsr olunmuş dünənki aksiya ilə bağlı ola biləcəyini istisna etməyib. Azər Qasımlı bu yürüş iştirakçılarının ilk sıralarında olub.
Qasımlı saat 16.00-dan etibarən Yasamal Rayon Polis İdarəsinin binasındadır










