Ermənilər Füzuli rayonunda kombayna atəş açıblar
Mayın 29-da səhər Ermənistan birləşmələri Füzuli rayonunun işğal altında olan Qorqan kəndi istiqamətindən kənd təsərrüfatı işləri yerinə yetirən kombayna atəş açıblar. Xəsarət alan olmayıb. Kənd təsərrüfatı texnikasına ziyan dəyib, deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir










