"Qul bazarı"nın fonunda 1,9 milyonluq iş yeri haqda hesabat
Milyonluq göstərici obyektiv reallıqla ziddiyyət təşkil edir
"Son 15 ildə Azərbaycanda 1,9 milyon yeni iş yeri yaradılıb. Bu, Azərbaycandakı aktiv əhalinin təxminən 40 faizi deməkdir", - deyə baş nazirin müavini Əli Əhmədov bildirib. Əgər belədirsə, nə üçün "qul bazarları" axşam saatlarında ailəsinə pul gətirmək üçün istənilən işə hazır olan işsiz vətəndaşlarla doludur?










