Ünvanlı yardım getdikcə daha az ailəyə verilir
Bu ilin birinci rübündə əhalinin sosial müdafiəsi ilə bağlı ictimaiyyətə təqdim edilən hesabatda ilk dəfə ünvanlı dövlət sosial yardımı alan şəxslərin sayı barədə məlumat verilmir.
Sonuncu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin yanvar ayında bildirib ki, 400 min nəfərdən ibarət 116 min ailəyə maliyyə yardımı verilib. Qurumun informasiya resursunda aylıq ünvanlı dövlət sosial yardımı alan ailələrin adları açıqlanıb. Ümumilikdə siyahıda Naxçıvan Muxtar Respublikası və Ermənistan silahlı qüvvələrinin tam və qismən işğalı altında olan səkkiz rayon (Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Şuşa, Cəbrayıl, Xocalı və Xocavənd) istisna olunmaqla 55 222 ailənin başçılarının adı var. Hər ailə ayda orta hesabla 150 manat alır.










