Bakıda uşaq konduktor: 4 saylı marşrutda “pul yığmaq” ona tapşırılıb
Azərbaycanda uşaq əməyindən istifadə bir daha gündəmə gəlib. Bakıda 4 saylı marşrut xətti üzrə fəaliyyət göstərən sərnişin avtobusunda azyaşlı uşaq konduktor kimi çalışır.
Təxminən 8-10 yaşı olan uşaq avtobusda konduktor edir. O, avtobusun ön hissəsində dayanaraq minib – düşənlərdən pul alır.
Görüntülər Səməd Vurğun bağında sərnişindaşıma ilə məşğul olan 4 nömrəli avtobusda çəkilib. Təhsildən yayınan uşağın təhlükəsizliyi qorunmamaqla yanaşı, həm də onun əməyindən istifadə edilir.
Bakı Nəqliyyat Agentliyinin İctimai Əlaqələndirmə və Marifləndirmə şöbəsinin müdiri Mais Ağayev Məsələ ilə bağlı artıq daşıyıcıya məlumat verilib və məsələnin araşdırılaraq həll edilməsi tapşırılıb:
“Əlbəttə ki, uşaq əməyindən istifadə yolverilməzdir. Marşurut xəttinin istismarını həyata keçirən daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağırılıb və bu hala yol verən sürücü barəsində tədbir görülməsi tələb edilib”.










