Bakıda yanğın olub: xəsarət alan var
Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 210 m² olan ikimərtəbəli 6 otaqlı evdə 1 ədəd kondisioner və 6 m² sahədə divar kağızı yanıb. Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.










