Xərçəng xəstəsi olan qadının həyatı təhlükədə - Köməyə ehtiyacı var
Mədə xərçəngi xəstəliyindən əziyyət çəkən Məmmədova Lyudmilaya təcili kömək lazımdır.
Xəstənin qızı Şölə Məmmədova deyir ki, bir il əvvəl uzun sürən yanlış müalicədən sonra 3-cü dərəcəli mədə xərçəngi diaqnozu qoyulub. Sonra 18.04.2017-ci ildə mədənin çox hissəsi götürməklə əməliyyat edilib. 2017-ci ilin iyun ayından 2018-ci ilin fevral ayınadək kimya terapiya kursu keçib. Ancaq müalicə gözlənilən nəticəni verməyib. Əksinə immunitet zəifləyib. Müalicəyə 15 min manatdan çox pul xərclənib, ancaq bu da yetərli deyil.
“Maddi cəhətdən artıq müalicə mümkünsüz hala gəlib. Müalicənin davamı Almaniyada mümkündür. Ancaq çox baha olduğundan ailənin köməyə ehtiyacı var. Bir ay ərzində 20 min avro pul yığmaq lazımdır. İstənilən məbləğ, hətta 1 manat belə bir damla deməkdir və köməyi vardır”.
Unibank. Ödənişləri həm bankdan, həm də E-manat vasitəsilə etmək olar.
Manat hesabı:
Kart Nömrəsi: 512 768 644 608 4587
E-manatdan yükləmək üçün . Uni Transfer, kod: 46084587, tarix03,21.











