Avropalı mühacirin 60 yaşlı qaynanasının polisə aparılması hansı əxlaqa uyğundur
Oktay Gülalıyev
Hakimiyyətdəkilər iddia edir ki, müxalifət, Avropada olan siyasi mühacirlər əxlaq çərçivəsində mübarizəaparmırlar. Bu gün baş vermiş bir hadisə kimin əxlaq, kimin əxlaqdan kənar çərçivədəmübarizə aparmasına dair çox tutarlı faktdır. Bilirsinizmi nəbaş verib?
Almaniyada “siyasi məhbuslara azadlıq, diktaturaya son” tələbi ilə keçirilən aksiyada fəal iştirak etdiyinə görə keçmiş siyasi məhbus, Naxçıvandan olan iş adamı Nadir Məmmədovun qaynanasını (Məmməd Qurbanovun həyat yoldaşını- red.), 60 yaşlı xəstə qadını gəlib evindən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinəaparıb təzyiq ediblər. Hədə– qorxu gəlib onu təhdid ediblər ki, özünün və qızının cibinə narkotika atıb həbs edəcəyik. Ərin və kürəkənin tənqidi çıxışlarına son qoysunlar (!?).
Mən sizlərə sual edirəm; yeznənin və həyat yoldaşının çıxışlarına görə Azərbaycan qadınını polis bölməsinə aparıb onu təhqir etmək, təhdid və təzyiq göstərmək hansı əxlaqi dəyərlərə sığır? Qanunları kənara qoyuram, bu hərəkət bəlkə adət- ənənəmizəuyğundur? Budurmu Əli Həsənovun iddia etdiyi əxlaq çərçivəsində mübarizəaparmaq? Gözəl Bayramlının çantasına pul qoyaraq onu şərləyib həbs etmək, araşdırmaçı jurnalist Əfqan Muxtarlının başına torba keçirib onu Tbilisidən oğurlayıb Bakıya gətirərək sərhəddi qanunsuz keçməkdə ittiham edib həbsə atmaq, Orduxan Babirovun bacılarını polisə aparıb onlara işgəncə vermək, Məhəmməd Mirzəlinin yeznəsini həbs edib bacılari ilə ailəsini təhdid etmək, Tural Sadıqlınin qardaşı Elgiz Sadıqlını oğurlayıb həbs etməklə ona ağır işgəncələr vermək, insanların atasının qəbrini təhqir edib, qohumlarını onlardan imtinaya məcbur etmək, İctimai TV vasitəsi ilə evlərimizə “girən” saxta namizədlər vasitəsi ilə canlı efirdən müxalifət liderlərini təhiq etdirmək əxlaqa uyğun mübarizədirmi?
Dostlar, özünüzün və ailə üzvlərinizin belə qeyri- əxlaqı və qanuna zidd hərəkətlərləüzləşməməsini istəyirsinizsə haqqınızı tələb edin. 31 martda keçiriləcək ümumxalq etiraz mitinqinə gəlin və haqqımızı bir yerdə tələb edək!










