Tillerson istefaya göndərildi; Onun yerinə MKİ-nin direktoru təyin edildi
ABŞ prezidenti Donald Tramp Reks Tillersonu ABŞ dövlət katibi vəzifəsindən istefaya göndərib.
Onu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo əvəz edəcək.
D.Tramp “Twitter” səhifəsindəişlədiyi müddətdə gördüyü işlərəgörə R.Tillersona təşəkkür edib və yeni dövlət katibi M.Pompeonun bu vəzifədə uğurlu olacağına əminliyini qeyd edib.
MKİ-nin rəhbəri vəzifəsinə isə ABŞ tarixində ilk dəfə olaraq bir qadın – idarənin direktor müavini olmuş Cina Haspel təyin edilib.










