Prokuror “Gündəlik Bakı” qəzetinin baş redaktoruna cəza istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, H. Vəliyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkilləri çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər.
Proses martın 13-də davam edəcək.










