BVF: “Azərbaycanda 2015-ci ildə 23 milyard manat büdcədən yayındırılıb”
Azərbaycanda “Kölgə iqtisadiyyatı”nın payı 2014-cü ildə 42,15%, 2015-ci ildə 43.66% təşkil edib.
Beynəlxalq Valyuta Fondunun (BVF) “Kölgə iqtisadiyyatları: Son 20 ildə nə öyrəndik” adlı hesabatında xəbər verilir ki, 158 ölkə üzrə araşdırma aparılıb.
Azərbaycanda kölgə iqtisadiyyatının minimal həddi 42,15%, maksimal həddi 64,66% qiymətləndirilib. Bu, illər üzrə bu müvafiq olaraq 2014-1994-cü ilə təsadüf edir.
BVF-yə görə, ölkədə “kölgə iqtisadiyyatı”nın 1991-2015-ci illərdə orta göstəricisi 52,19% olub.
Qeyd etmək lazımdır ki, Azərbaycanda 2015-ci ildə ÜDM 54 milyard manat olub.










