Göyərtəsində azərbaycanlıların da olduğu gəmi qəzaya uğrayıb
Qara dənizdə, Krım yaxınlığında Moldovaya məxsus quru yük gəmisi qəzaya uğrayıb.
Hadisə nəticəsində gəminin korpusu zədə alıb. Gəmidə olan 12 heyət üzvü evakuasiya edilib.
Regionun təcili yardım xidmətindən verilən xəbərə görə, gəminin ekipajl Ukrayna və Azərbaycan vətəndaşlarından ibarətdir.
Hadisənin detalları araşdırılır.










