Həbsdə olan jurnalist Gəncə İstintaq Təcridxanasına köçürülüb
Həbsdə olan 7gun.az saytının baş redaktoru, jurnalist Cavid Şirəliyev Gəncə İstintaq Təcridxanasına köçürülüb. Köçürülməsi səbəbi onunla bağlıdır ki, Ali Məhkəmənin 27 sentyabr 2017-ci il tarixli qərarı ilə onun haqqında olan cinayət işinə Gəncə Apellyasiya Məhkəməsi yenidən baxmalıdır. Bu məqsdələ də, Cavid Şirəliyev yenidən Bakıdan 2 saylı Gəncə İstintaq Təcridxanasına köçürülüb və yaxın günlərdə onun Gəncə Apellyasiya Məhkəməsində Ali Məhkəmənin qərarı əsasında onun işinəə yenidən baxılacağı gözlənilir.










