İlham Əliyevə görə maşınları Gəncəyə buraxmırlar
Dövlət başçısı İlham Əliyev noyabrın 10-da Gəncəyə səfərə gedib. Bu səfərləəlaqədar sadə vətəndaşların nəinki prezidentin olduğu əraziyə, ümumiyyətlə, başqa yerlərdən Gəncəyəgiriş-çıxış məhdudlaşdırılıb. Hazırda Gəncə postunda onlarla maşın dayanıb. Onların şəhərə daxil olmasına icazəverilmir.
Bu da sürücülər arasında narazılığa səbəb olub. Sürücülər etiraz edərək bildiriblər ki, əksəriyyəti vacib işlə əlaqədar o istiqamətdə hərəkət etməlidir.
Qeyd edək ki, vəkil İradə Cavadova da “facebook” səhifəsində Gəncəyə maşınların buraxılmadığını yazıb: “Hər nə olubsa, Gəncəyə maşın buraxmırlar. Camaat qalıb postda…”










