Məmməd İbrahim azadlığa buraxılmadı
Bugün AXCP sədrinin müşaviri Məmməd Ibrahimin cəzasının 1/2 hissəsinin çəkməsilə əlaqədar şərti azadlığa buraxılması ilə bağlı verdiyi şikayətə baxılıb. Məhkəməsaxlanıldığı 16 saylı cəzaçəkməmüəssisəsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilib.
Bu məhkəmədə də “ənənə“yə sadiqlik nümayiş etdirilib və Məmməd İbrahimin şikayəti təmin edilməyib.
Hakim hesab edib ki, Məmməd İbrahim islah olunmayıb, nizam-intizam qaydalarına əməl etməyib.
Xatırladaq ki, Məmməd İbrahim 2015- ci il sentyabrın 30-da xuliqanlıq (221.1) ittihamı ilə həbs edilib. Sonradan bu maddə daha ağır ittihama – 221.2.2-ci maddəyətövsif edilib və barəsində 3 il həbs qərarı verilib










