Cəbhə xəttində Azərbaycan ordusunun hərbçisi həlak olub
Erməni tərəfin atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Füzuli Süleyman oğlu Salahov həlak olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Hadisənin nə vaxt və hansı istiqamətdə baş verdiyi, hərbçinin hərbi rütbəsi açıqlanmır.










