“Nardaran işi- 3”: daha bir qrup ilahiyyatçıya hökm oxundu
2015-ci ildә Nardaranda hәyata keçirilәn qanlı әmәliyyatdan sonra hәbs edilәn ilahiyyatçıların daha bir qrupuna hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə istintaqı bu gün yekunlaşıb.
Mәhkәmә prosesinә hakim Zeynal Ağayev sədrlik edib.
Hökmə əsasən, Zülfüqar Mikayılov 17 il, Elman Ağayev 13 il, Ruzi İsmayılov 15 il, Elxan Həsənov 12 il 3 ay, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Ramin Seyfullayev hər biri 12 il müddətinə azadlıqdan məhrum olunublar.










