Əfqan Muxtarlının işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib
Bu gün Balakən rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesdə Əfqan Muxtarlının vəkili Elçin Sadıqovun qaldırdığı vəsatətlər təmin edilməyib.
Məhkəmə baxışı dekabrın 14-ü saat 10.30-a təyin edilib.
Oturum izni ilə Gürcüstanda yaşayan Ə.Muxtarlı mayın 29-da həbs edilib.
Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.










