Möhsün Səmədovun məhkəməsi təxirə salındı
Ali Məhkəmədə İslam Partiyasının sədri Möhsün Səmədovun qapalı həbsxanaya köçürülməsi qərarından verilmiş kassasiya şikayətinə baxılıb.
Kassasiya şikayətini verən vəkil Yalçın Imanovun fəaliyyətinin dayandırılması üzündən hakimlər prosesi 6 dekabra kimi təxirə salıb. Məhkumun yaxınlarına tezliklə yeni vəkil tutmaq tövsiyyə olunub.
Möhsün Səmədov məhkəmədə iştirak etmək üçün ərizə yazsa da onun iştirakı təmin olunmayıb.










