Bu gün Çovdarova hökm oxunacaq
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat SahələrindəTəhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat SahələrindəTəhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrəməhkəmə iclası başa çatacaq.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçiriləcək iclasda təqsirləndirilən şəxslərə hökm oxunması gözlənilir.
Oktyabrın 4-də baş tutmuş iclasda təqsirləndirilən şəxslərdən sonuncusu A.Çovdarov son söz deyib. Sabiq MTN genralının son nitqindən sonra hakimlər kollegiyası müşavirəyə yollanıb. Bu gün saat 14:30-da məhkəmə heyəti müşavirədən qayıdıb hökmü elan edəcək.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında A.Çovdarovun rütbələrdən, fəxri adlardan məhrum edilməklə 15 il, S. Məmmədovun 12 il, O.Osmanovun 9 il və A.Əliyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı S.Məmmədov, O.Osmanov və A.Əliyevin də rütbələr və fəxri adlardan məhrum olunmasını tələb edib.










