Aİ və Azərbaycan arasında danışıqlar noyabrda davam etdiriləcək
Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrədanışıqların növbəti mərhələsi noyabrın 6-7-i Brüsseldəkeçiriləcək.
Bu barədə məlumatı Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Siyasi və sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Daniilidis verib.
Onun sözlərinə görə, bu danışıqlar zamanı sazişin siyasi tərəfi müzakirə olunacaq.










