Avropa Şurasının baş katibi Əli İnsanova məktub göndərib
Avropa Şurasının baş katibi Torbörn Yaqland həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova məktub göndərib. Bu haqda keçmiş nazirin vəkili Toğrul Babayev məlumat verib.
Vəkilin bildirdiyinə görə, Yaqland məktubunda Əli İnsanovla bağlı məsələnin daim Avropa Şurasının diqqətində olduğunu yazıb. Həmçinin bildirilib ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası departamenti Məhkəmənin Əli İnsanovla bağlı qərarın icrası üçün ardıcıl iş aparır və bu barədə Avropa Şurası baş katibini məlumatlandırır.
«Avropa Şurasının baş katibi onu da bildirir ki, Əli İnsanovun Avropa Məhkəməsinə göndərdiyi ikinci şikayəti də nəzarətə götürülüb», – keçmiş nazirin vəkili belə deyir.










