Gürcüstan iqtisadi artıma görə regionun lideridir
2017-ci ilin avqust ayında Gürcüstanda ÜDM-in artım tempi 4,3% təşkil edib.
Gürcüstanın Milli Statistika İdarəsi xəbər verir ki, 2017-ci ilin ilk səkkiz ayı ərzindəÜDM-in artım tempi 4,7%-ə çatıb.
Avqust ayının digər iqtisadi göstəricilərinəgəlincə, aylıq inflyasiya 5,7% olub. İstehlak qiymətləri isə iyul ayı ilə müqayisədə0,2% artıb.
Yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi ötən illə müqayisədə 12,2% artıb.










