Xarici İşlər nazirliyindən İraq bəyanatı
Xarici İşlər nazirliyinin təmsilçisi Hikmət Hacıyev İraq Kürdüstanında keçirilmiş referendumla bağlı açıqlama verib.
Açıqlamada deyilir: “Azərbaycan İraqın ərazi bütövlüyü və suverenliyini tanıyır və tam şəkildə dəstəkləyir.
Azərbaycan İraqın mərkəzi hakimiyyəti vəİraqın Kürdüstan regional vilayəti iləməsələlərin sülh yolu ilə qarşılıqlı anlaşma və dialoq şəraitində İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır.










