Hacı Qalibin oğlu həbsdə qaldı
Bakı Apelyasiya Məhkəməsindəsabiq deputat Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin apelyasiya şikayətinə baxılıb. Hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda qərar elan edilib.
Qərara görə, şikayət təmin edilməyib. Ə.Salahzadə bir neçəgün əvvəl həbs edilib. Əlihüseyn Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilətəqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Ə. Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.










