Günəşdə son bir həftədə ikinci böyük partlayış baş verib
Sentyabrın 7-də Günəşdə ikinci böyük partlayış qeydə alınıb.Bu barədə RF EA Fizika İnstitununun Günəşin rentgen Astronomiyası laboratoriyasının saytında bildirilib.
Mütəxəssislər alışmanın gücünü X1,3 qiymətləndiriblər. Qeyd edək ki, «X» Günəş alışmasından ən güclü partlayışda, rəqəmsal indeks isə onun intensivliyini göstərir.
Günəşdə alışma mərhələsi sentyabrın 4-də başlayır. Əvvəlcə «M» sinfindən 4-5 bal gücündə 5 kiçik alışma qeydə alındı. Sentyabrın 6-da «X» sinfində 2,2 bal gücündə, bir az sonra elə həmin gün son 12 ilin ən güclü alışması X9,3 qeydə alındı.
Ekspertlərin fikrincə bu kosmik texnikların və rabitə sistemlərinin işində problemlər yaradacaq, artıq belə hallar Avropa və Amerikada müşahidə olunub.
Bundan başqa, sentyabrın 6-da baş vermiş X-9 sinifli rentgen alışmasından sonra planetlərarası fəzaya atılmış Tac Plazma Kütləsinin (CME) təsirləri gözlənildiyindən də tez, dünən axşam saatlarında Yer ətrafına çatıb və son illərin ən güclü geomaqnit qasırğasının yaranmasına səbəb olub. bu gün və qarşıdan gələn günlərdə güclü geomaqnit həyəcanlaşmasının davam edəcəyi gözlənilir..










