Zirzəmiyə dolan çirkab və içməli su sakinlər üçün təhlükə yaradır- VİDEO
Mingəçevirdə bir binanın həm içməli suyu, həm də kanalizasiya suları bir aydır ki, binanın zirzəmisinə axır. Artıq zirzəmidə təhlükəli antisanitar şərait yaranıb. "XəzərXəbər”in müdaxiləsindən sonra aidiyyatı qurumlar əraziyə baxış keçirəcəklərini bildiriblər.
Zirzəmiyə dolan çirkab və içməli su sakinlər üçün təhlükə yaradır. 5 mərtəbəli binada yaşayanlar üfunət iyindən və həşaratların dişləməsi səbəbindən uşaqlarını həyətə buraxa bilmirlər.
Mingəçevir şəhəri, Nizami küçəsinin sakinləri son bir ayda belə çətin duruma düşüblər. Uzun illərdir burda yaşayanlar binanın 5-ci mərtəbəsinə şirin su qalxamadığını, borulardan axan suyun zirzəmiyə dolduğunu deyirlər.
Yaşayış binasının elektirik xətləri zirzəmidən keçdiyindən təhlükə daha da artır. Sakinlər azyaşlıların buradan tez-tez keçdiyini və hər an faciə baş verə biləcəyindən narahatdılar.
Çirkab və şirin su daşıyan boruların nasaz vəziyyətə düşməsi səbəbindən yaranan çətinliklə bağlı adiyyatı qurumlar da məlumatlandırılıb. Mingəçevir su kanal idarəsinin baş mühandisi Tahir Quliyev "XəzərXəbər”ə bildirib ki, həmin ünvana baxış keçiriləcək, yaranan problem aradan qaldırılacaq.










