Mehman Əliyev apellyasiya şikayəti verib
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan qərarından apellyasiya şikayəti verilib.
Bunu vəkil Fuad Ağayev deyib. O bildirib ki, şikayət Yasamal Rayon Məhkəməsinin qərarından verilib.
İşə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.










