Şimali Koreyada ABŞ əleyhinə plakatlar
Koreya Xalq Demokratik Respublikasında (KXDR) ABŞ əleyhinə plakatlar yerləşdirilib. Paytaxt Pxenyan başda olmaqla, bir çox yerlərdə Amerikanın imperialist siyasəti plakatlar vasitəsilə sərt tənqid olunub.
Son günlər KXDR-l və ABŞ qarşılıqlı olaraq bir-birini raket zərbələri ilə təhdid edib. Koreya yarmadasında yaranan gərginlik nisbətən azalsa da, Şimali Koreyanın raket zərbə endirmə ehtimalı hələ də mövcuddur.

Bizim Amerika hədələrinə cavabımız

Amerikalıların (Cənubi Koreyadan) çıxarılması və ata yurdunun birləşdirilməsi

Heç bir güc bizim qarşımızı ala biləcək iqtidarda deyil

Əgər bizim əleyhimizə müharibə başladarsınızsa, biz ilk olaraq amerikalı haramzadələri hədəfə alacağıq

ABŞ bayrağını parçalayan qadının şüarı: ABŞ qüvvələri məntəqəni tərk etsinlər; Amerika hücumlarına qarşı müdafiə!

Şimali Koreyanın hərbi gücü

Amerikanın bütün əraziləri Şimali Koreyanın raket hədəfləri altındadır

Amerika imperiyası ehtiyatsızlıq edib ayağını şirin quyruğuna basmamalıdır

Amerikanın nüvə hücumu planını xalqımızın yekdil gücü ilə əzməliyik

Amerika imperiyası diqqətlə Şimali Koreyanın nüvə gücünü nəzərə almalıdır

Düşmənçiliyə and içmiş ABŞ imperiyasına ölüm!

Bizi təhqir etməyə cürət tapanlar şiddətlə cəzalandırılacaqlar

Böyük gücün ilk atəşi; Tae Pudung-1 raketi ilə










