Bakıda hərbi xidmətdən qayıdan şəxs və onun iki xalası oğlu yolda qəzaya düşərək ölüb

Bakının Qaradağ rayonunda baş verən hadisənin təfərrüatları məlum olub.
Hadisə Ələt qəsəbəsində, “Shacman” yol kənarındakı yanacaqdoldurma məntəqəsində növbədə durarkən baş verib. Bu zaman “Daewoo” sürətlə gələrək yük maşınına çırpılıb.
“Daewoo”da ümumilikdə 4 nəfər olub. Sürücü, 1991-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və 1993-cü il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Beyləqanda hərbi xidməti başa vuran xalası oğlanları Həsənov Həsən Bayram oğlunu gətirərkən qəzaya düşüblər. Onların hər üçü dünyalarını dəyişiblər. Xəstəxanaya yerləşdirilən Nicat adlı digər bir şəxsin vəziyyəti ağırdır. Həmin şəxs də hərbi xidmətini başa vuraraq evə qayıdırmış.
Ölən qardaşlardan biri ailəli olub və bir övladı var.