Qubernator çimərliyi bağlayıb, ailəsi ilə birlikdə dincəldi - FOTO

ABŞ-ın Nyu-Cersi ştatının büdcəsi məclisdən keçmədiyi üçün təcili yardımdan başqa bir çox xidmət müvəqqəti olaraq dayandırılıb.
Bu barədə qərarı Nyu-Cersi qubernatoru Kris Kristay imzalayıb. Qərardan sonra ştatdakı bir çox sosial xidmətlərlə yanaşı, parklar, tarixi ərazilər, çimərliklər və oxşar turbazalar da müvəqqəti olaraq bağlanıb.
Fərman çərçivəsində Nyu-Cersi çimərliyi da müvəqqəti olaraq fəaliyyətini dayandıranlar arasındadır. Ancaq qubernator Kristay ailəsi və yaxın dostları ilə birlikdə qapalı olan sahildəki meriya iqamətgahında çimərliyin kefini çıxarıb. Valinin çimərlikdəki fotoları mediaya sızdıqda isə bütün ştat ayağa qalxıb. Jurnalistlərə parkdakı heç bir xidmətdən istifadə etmədiyini söyləyən qubernatora, "Bu ədalətlidirmi?", - deyə sual ünvanlayanlara, "Sən də qubernator ol, sənin də burada iqamətgahın olsun" cavabını verib.