Ən prestijli fotomüsabiqənin qalibi bəlli oldu - FOTO

60-cı World Press Photo fotojurnalistika Beynəlxalq Mükafatının laureatları bəlli olub. Associated Press-ə istinadən verdiyi məlumata görə, müsabiqənin əsas mükafatını Türkiyədə öldürülən rusiyalı səfir Andrey Karlovun qatilinin fotosuna görə fotoqraf Burhan Özbilici alıb.
Qeyd edək ki, 1955-ci ildən bəri keçirilən World Press Photo fotojurnalistlər üçün ən prestijli müsabiqə sayılır. Ötən il bu mükafata avstraliyalı «Yeni həyata ümid» fotosuna görə Uorren Riçardson almışdı.