"Time" jurnalı 2016-cı ilin ən yaxşı 10 görüntüsünü seçdi - FOTO
Məşhur "Time" jurnalı 2016-cı ilə damğa vuran 10 fotoşəkili seçib.
ABŞ-da 37 yaşlı qaradərili Alton Sterlinqin iki ağdərili polis məmuru tərəfindən öldürülməsinə etiraz edən Leshia Evans təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmamışdan bir neçə dəqiqə əvvəl Conatan Baçmanın obyektivində. (09/07/2016)
Türkiyədə 15 İyul dövlət çevrilişi cəhdindən sonra "15 İyul Şəhidlər Körpüsü"ndə təslim olan əsgərlər (16/07/2016)
Hələbdə bombardman nəticəsində qohum-əqrəbasını itirən balaca uşaq yaxınları tərəfindən təsəlli edilir. (27/04/2016 Karim al-Masri-AFP)
6 yaşlı Jimji Filippinin paytaxtı Manilada öldürülən atasının cənazəsi ağlayarkən Daniel Berehulakın tərəfindən görüntülənib. (09/10/2016)
ABŞ prezidenti Barak Obama Kubanın paytaxtı Havanaya tarixi səfəri həyata keçirmək ərəfəsində. (20/03/2016)
Liviya sahillərində xilas edilməyi gözləyən qaçqınlar (04/11/2016)
Yunanıstan-Makedoniya sərhədində yemək növbəsi gözləyən qaçqınlar (12/03/2016)
ABŞ seçkilərindən əvvəl respublikaçıların namizədi Donald Tramp Greenvilldə (06/09/2016)
Rekordçu atlet Usain Bolt Rio de Janeyroda 100 metr məsafədə kişilərin yarımfinalında. (14/08/2016)
ABŞ-ın şərq sahillərini ağuşuna alan böyük qar fırtınası Beynəlxalq Kosmos Stansiyasından çəkilib. (23/01/2016)