Türkiyə prezidenti: “Almaniya Türkiyə ilə yenidən anlaşmanın yolunu axtarmalıdır"

“Almaniya seçkilərdən sonra ya Türkiyə ilə yenidən gözəl işlər görmək yolunu axtarar, ya da 2019-cu il gözləyərlər”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İordaniya səfərindən Ankaraya dönərkən, jurnalistlərə bildirib.
Türkiyə prezidenti Almaniya ilə ölkəsi arasındakı mövcud böharana toxunaraq, deyib: “Bu qədər hücum edirlərsə, deməli, yaxşı işlər görürük. Biz isə yaxşı işlər görərək, yaxşı nəticələr də alacağıq. Almaniya seçkilərə qədər bu şəkildə gedər. Seçkilərdən sonra ya Türkiyə ilə yenidən gözəl işlər görmək yolunu axtarar, ya da 2019-cu il gözləyərlər”.
Xatırladaq ki, bu il sentyabrın 24-də Almaniyada, 2019-cu ilin oktyabrında isə Türkiyədə parlament seçkiləri keçiriləcək.