İtaliyada dağıntılar altından 3 azyaşlı xilas edildi

İtaliyanın İskya adasında 3,6 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı 2 nəfərin öldüyü, 25 nəfərin isə xəsarət aldığı açıqlanıb.
Bu arada Kazamiççola-Termedə üçmərtəbəli binanın dağıntıları altından 3 azyaşlı çıxarılıb. Xilas edilən azyaşlılar Paskual, Çiro və Mattiya Toksano olub.
Xilasedicilər dağıntılar altında qalanların ola biləcəyini və ölənlərin sayının artacağını istisna etmir.
Qeyd edək ki, yay mövsümündə İskya adası çox sayda turist qəbul edir. Hazırda adada yerli əhali daxil olmaqla təxminən 250 min nəfərin olduğu bildirilir.