Tramp: Əfqanıstanda amerikalı hərbçilərin səlahiyyətləri artırılacaq

Əfqanıstanda amerikalı hərbçilərin səlahiyyətləri artırılacaq.Bu barədə Virciniyada Fort-Mayer hərbi bazasında çıxış edən ABŞ prezidenti Donald Tramp bəyan edib.
O, bu addımı Əfqanıstanda terrorçularla mübarizə ilə əlaqələndirib.
«Bütün Əfqanıstanda zorakılıq və xaos yayan terrorçulara, kriminal şəbəkələrə zərbələr endirmək üçün biz Amerika Silahlı Qüvvələrinin səlahiyyətlərini artıracağıq», - deyə Amerikanın dövlət başçısı bildirib.