Saakaşvili: Oliqarxlar Gürcüstan, Moldova və Ukraynada hakimiyyəti ələ keçirib

"Gürcüstan, Moldova və Ukrayna oliqarxlar tərəfindən idarə olunur".Bu sözləri "BBC"-yə müsahibəsində Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili bildirib.
"Hər şey əslində göründüyü kimi deyil. Gürcüstanı bir oliqarx, Moldovanı digəri, Ukraynanı isə ÜDM-in 70%-dən çoxuna nəzarət edən bir neçə oliqarx idarə edir. Bu ölkələrə görə kim cavab verir? Oliqarxlar, gəlin özümüzü bilməməzliyə vurmayaq",-deyə Mixail Saakaşvili əlavə edib.