Ərdoğan: `Suriyanın şimalında dövlət qurulmasına icazə vermərik`

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, "Suriyanın şimalında biz PYD-yə, YPG-yə heç vaxt dövlət qurmağa icazə vermərik, verməyəcəyik", - deyə bildirib.
Bu barədə Ərdoğan Prezident Kompleksində keçirilən 39-cu Muxtarlıq Toplantısında danışıb:
"Bəziləri, "kürd dövləti", - deyib dururlar. Mən bunu kürd qardaşlarıma bir təhqir hesab edirəm. Çünki mənim kürd qardaşlarım, inanıram ki, Suriyanın şimalında, Türkiyənin cənubunda belə bir prosesə heç vaxt imkan verməyəcəkdir.
İstədikləri nədir? Suriyanın şimalında terror dəhlizi vasitəsilə Aralıq dənizinə çatmaq. Qüsura baxmasınlar, Cudi nə etdiksə, Tendürekdə nə etdiksə, Qəndildə nə ediriksə, Qabarda nə ediriksə, Bestler-Derelerdə nə ediriksə, hər yerdə, bunları harada görsək, eynisini edəcəyik"