Səudiyyə Ərəbistanının Yəmən müharibəsinin məxfi kodu açıqlandı

Yəmən uzun əsrlər Səudiyyə hökmranlığı ilə mübarizə apararaq əziyyət çəkib və bu günə kimi də daimi bombardman, mühasirə və aclıq şəraitində mətanətlə müqavimət göstərir.Bu barədə Amerika MKİ-nin sabiq vitse-prezidenti Qrehem Fuller ABŞ-ın Yaxın Şərq siyasətinə mütəmadi ekspert baxışlarının dərc olunduğu American Lubilog veb saytında dərc edilən məqaləsində bildirib.
Fuler deyib ki, Səudiyyə Ərəbistanının Ərəbistan yarımadasında dominatlığı ilə bağlı yeni aqresiya kampaniyası ilə əlaqədar gələcək geosiyasətinin cansıxıcı əlamətləri var: "Ən çox narahat doğuran məsələ isə, Səudiyyə Ərəbistanı öz hakimiyyətini genişləndirmək və son nəticədə Ərəbistan yarımadasında nəzarəti ələ almaq üçün vəhabi xanədanını inşa etmək, regionda vəhabilik idelogiyasını möhkəmləndirməklə uzunmüddətli plan çərçivəsində hərəkət edir".
O bildirib ki, Səudiyyə Ərəbistanı Böyük Britaniyadan İndoneziya və Cənubi Afrikaya yollanan vəhabi təbliğatçıların əsas sponsorudur: "Ər-Riyad terror əməliyyatları ideologiyasını təbliğ edən məktəbləri və məscidləri maliyyələşdirir. Səudiyyə Ərəbistanının yarımadadakı hegemoniyası bu problemi daha da artıracaq".