Səudiyyə kralı istirahətə 100 milyon dollar xərcləyib

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl-Səud yay istirahətinə Mərakeşdə 100 milyon dollar xərcləyib. Bu barədə bir sıra Qərb KİV-ləri yazıb.
Səudiyyə kralı və ailə üzvlərini Tanjerdə hava limanında ölkənin baş naziri Səadəddin Otmani qarşılayıb. İstirahət zamanı Səudiyyə kralının cəmi 1 min nəfər müşayiət edib. Kralın qohumları, müşavirləri və nazirləri şəhərin ən dəbdəbəli otellərində məskunlaşıblar.
Mərakeşdə xərclənən məbləğ Afrika dövlətinin bütün turizm sənayesinin illik gəlirinin 1,5%-ni təşkil edib.