General Con Nikolson: ABŞ Əfqanıstanda üzərinə uzunmüddətli öhdəlik götürüb

ABŞ-ın Əfqanıstandakı baş hərbi komandiri bəyan edib ki, prezident Donald Trumpın yeni strategiyası Amerikanın ən uzun müharibəsinə olan öhdəliyinin və Taliban üsyançılarının sülh danışıqlarına razılıq verməyə çağırışının əlamətidir.
General Con Nikolson bu barədə Əfqanıstanın paytaxtı Kabildə jurnalistlərə danışıb. “Taliban döyüşdə qalib gələ bilməz və onlar üçün sülh danışıqlarına başlamaq vaxtıdır” – general qeyd edib.
General Nikolson xüsusilə vurğulayıb ki, Amerika Əfqanıstanda məğlubiyyətə uğramayacaq, belə ki, ölkəsinin milli təhlükəsizliyi həm də bundan asılıdır.
Tramp da daxil olmaqla tənqidçilər 2016-cı ildə prezident seçkilərinə kampanyası zamanı ayrılan milyard dollarlıq vəsaitə və 16 ildir davam edən müharibədə ABŞ və müttəfiqlərinin həyata keçirdiyi əməliyyatlara baxmayaraq, Əfqanıstanda sülhün bərqərar olacağı mümkünsüz olduğunu iddi edirdi.
Fevral ayında Nikolson Əfqanıstana bir neçə min əsgər göndərilməsi üçün Konqresə müraciət etmişdi. Əsgər sayısının artırılmasında məqsədin Taliban, İŞİD və digər islamçı üsyançılarla mübarizə aparan Əfqanıstan təhlükəsizlik qüvvələrinə dəstək olduğu bildirilir.
Donald Tramp Amerikanın Əfqanıstandakı silahlı qüvvələrini genişləndirməyə qərar verdi. Lakin nə qədər hərbçi göndəriləcəyi və zamanı barədə məlumatlar verilmədi.
Hal-hazırda Əfqanıstanda 8400 ABŞ hərbçisi yerləşir. Əvvəllər isə qoşunların sayı 100000 idi. Eks-prezident Obamanın qərarı ilə hərbçi sayısı azaldılmışdı. Bir nəçə min ABŞ hərbçisi tez-tez kənar yerlərdə “müvəqqəti” və yaxud qəfildən verilən missiyaları yerinə yetirir.
Nikolson bildirib ki, ABŞ və NATO koalisiya müttəfiqlərindən gələn yeni məsləhətçilər Əfqanıstan hərbi qüvvələri və xüsusi qüvvələrinin artırılması və ixtisaslaşmış hərbi məktəblər də daxil olmaqla təlimləri artıracaqlar.
Taliban rejimi 2001-ci ildə ABŞ ordusunun dəstəyi ilə Əfqan silahlı qüvvələri tərəfindən devrilib. Təxminən 2400 ABŞ hərbçisi Əfqanıstanda öldürülüb.