Fransada dəhşət — Avtomobili dayanacaqdakı insanların üstünə sürdülər

Fransanın Marsel şəhərində dəhşətli qəza baş verib.
Avtomobil iki avtobus dayanacağındakı insanlara çırpılıb. Nəticədə bir nəfər həlak olub.
Fransa mətbuatının xəbərinə əsasən, köhnə liman rayonunda şübhəli şəxs hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb. Hazırda şəhərdə polis əməliyyat keçirir.
Hüquq-mühafizə orqanları vətəndaşları köhnə liman rayonundan uzaq durmağa çağırıb.