“Birinci amerikalılar” şüarı ilə yürüş etirazla qarşılanıb

Amerikada ani-immiqrasiya əleyhdarları Cənubi Kaliforniya şəhərinin Laquna çimərliyində yürüş keçirmək istəyib.
Nümayişçilər “Birinci amerikalılar” şüarları ilə yürüş təşkil ediblər. Lakin sayı onlardan da çox olan etirazçılarla qarşı-qarşıya gəliblər. Polis qarşıduran tərəfləri bir-birindən ayıra bilib və ikinci Şarlottesvil hadisənin baş verməsinə imkan verməyib.
Polis Şarlottesvildə bir qadının ölümü ilə nəticələnən maşın hücumunun qarşısını almaq məqsədilə bu dəfə sahildə barikadalar quraşdırıb.
Yürüş iştirakçıları “Birinci amerikalılar” şüarını səsləndiriblər və bu zaman onlara etiraz edən kütlə “Utanc”, “Ağ üstünlüyü yoxdur” şüarlarını səsləndirərək onları susdurmağa çalışıblar. Yürüş iştirakçıları bildirib ki, onlar irqçi hərəkatı deyillər, sadəcə “Birinci amerikalılar olsun” deyirlər.
Polis etirazçılardan üç nəfəri həbs edib.