Barselonada yaralanmış Türkiyə vətəndaşının vəziyyəti ağırdır

Kataloniya hökumətindən verilmiş məlumata görə, Barselonada törədilmiş terror aktında yaralanmış Türkiyə vətəndaşının vəziyyəti ağırdır.
Yaralılardan 15 nəfərinin vəziyyətinin ağır olduğu qeyd olunur.
Xatırladaq ki, İŞİD-in dünən axşam Barselonada törətdiyi terror aktı nəticəsində 13 nəfər həlak olub, 119 nəfər yaralanıb. İspaniyada 3 günlük matəm elan edilib.