Barselonada terror: 13 ölü, 119 yaralı - FOTO - VİDEO

Barselonada terror aktı nəticəsində xəsarət alanların sayı 119 nəfərə çatıb. Bu barədə “El Pais” yerli rəsmi qurumlara istinadən məlumat yayıb.
Dünən Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb. Terror aktını törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb. Sürücü hadisə yerindən qaçmağa müvəffəq olub.
"Reuters" xəbər verir ki, İŞİD terror qruplaşması Barselonada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Barselonada törədilmiş terror aktında 18 ölkənin vətəndaşı xəsarət alıb. Bu barədə "Frans Press" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.