Çin ordusunun 26 komandanı işdən çıxarılıb

Çin rəhbərliyi ordunun 26 komandanı və 13 quru qoşun birləşməsinin siyasi komissarlarını dəyişib. Bu barədə "TASS" agentliyi məlumat yayıb.
Çin hökuməti cari ilin martında quru qoşunlarının sayının 18-dən 13-ə enəcəyi barədə məlumat vermişdi. 2018-ci ilədək Çin Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 300 minədək ixtisar olunaraq, 2 milyona endiriləcəyi gözlənilir.