Venesuelada həbsxanada qiyam: 37 məhbus öldü

Venesuelanın Puerto-Ayakuço şəhərindəki həbsxanada kütləvi iğtişaş baş verib. Ölkənin Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələrinin müdaxiləsi ilə məhbuslar arasındakı qiyam yatırılıb.
Hadisə zamanı 37 dustaq ölüb, 14 polis əməkdaşı isə ağır xəsarət alıb.